"Neymarın bu hərəkətlərində media da məsuliyyət daşıyır"

7 Aprel 2021 17:04

"Lill"in futbolçusu Tiaqo Calo PSJ ilə Liqa 1 matçı zamanı rəqibin hücumçusu Neymarla arasında baş verən qalmaqaldan danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu "A Bola"ya açıqlamasında Neymarın ona qarşı hörmətsizlik etdiyini deyib:

"Neymar paltardəyişmə otağına gedən yolda haqqımda pis fikirlər səsləndirdi. Hətta, o, sarğını (oyunçuların ayağına bağlanan sarğı) üzümə çırpdı. Heç yaxşı şeylər söyləmədi. Belə qalmaqallar futbolun bir parçasıdır. Amma Neymarın hörmət etməyi bacarması lazımdır. Bu işdə media da məsuliyyət daşıyır. Çünki onlar ən məşhur oyunçuları dəstəkləyirlər, önə çıxarırlar. Nəticədə belə hadisələr zamanı həmin futbolçular özlərinə sığınacaq yeri tapırlar".

Qeyd edək ki, Calo sözügedən oyunda Neymarı yerə yıxıb. Braziliyalı hücumçu isə bunun qarşılığlında rəqibini itələyib. Hakim isə oyunçuların hər birinə ikinci sarı vərəqəni göstərərək, meydandan kənarlaşdırıb. Bunda sonra isə Calo və Neymar paltardəyişmə otağına gedərkən dalaşıblar.

Milli.Az