ABŞ Müdafiə nazirinin növbəti xarici səfəri İsrailə olacaq

7 Aprel 2021 15:34

ABŞ Müdafiə naziri Lloyd Oustinin gələn həftə İsrailə səfər etməsi və burada həmkarı, eləcə də digər yüksək səviyyəli rəsmilərlə görüş keçirməsi nəzərdə tutulub.

Milli.Az ordu.az-a istinadən xəbər verir ki, bu barədə "Axios" agentliyi İsraildəki mənbələrə istinadən məlumat yayıb.

Görüş zamanı İran, Suriya və Livanla əlaqəli məsələlərin müzakirə ediləcəyi gözlənilir.Oustinin gözlənilən səfəri zamanı İsrailin Baş naziri Binyamin Netanyahu və İsrail Müdafiə naziri Benni Qantz ilə görüşü planlaşdırılıb.

Məlumatda bildirilir ki, Pentaqon Oustinin gözlənilən səfəri ilə bağlı şərh verməkdən imtina edib.

Milli.Az