Bu Ramazanda da kütləvi iftar mərasimləri keçirilməyəcək - QMİ nümayəndəsi - VİDEO

7 Aprel 2021 11:25

Ramazan ayı boyunca vaksinasiya prosesi davam etdiyindən, insanlar oruc halında peyvənd vurdura bilərlər.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

Onun sözlərinə görə, peyvənd vurdurmaq orucu pozmur:

"Mən özüm də vaksinasiya prosesindən keçmişəm və peyvənd vurduran zaman oruc idim. Həkimlərlə də məsləhətləşdik, bunun hər hansısa zərəri yoxdur və şəriətə görə də oruc halında vaksin olunmaq qadağan deyil".

Hacı Şahin Həsənli qeyd edib ki, Ramazan ayı boyunca kütləvi mərasimlərin keçirilməsi məqsədə uyğun deyil:

"İftar mərasimləri kütləvi şəkildə qeyd olunmayacaq. İnsanlar ictima-iaşə obyektlərində, restoranlarda tətbiq edilmiş karantin qaydaları çərçivəsində iftar süfrələri təşkil edə bilərlər. Bu zaman insanlar masa arxasında məsafə saxlamaqla, sanitar-epidemioloji qaydalara uyğun olaraq əyləşməlidirlər, kütləvi toplaşmaq məqsədəuyğun deyil. Xərclənən vəsaitləri yardım aksiyalarına yönəldə bilərlər".

Milli.Az