Ermənistanda COVID-19-a yoluxanların sayı 198 mini ötüb

7 Aprel 2021 12:59

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 198 898 nəfərə çatıb.

Milli.Az bildirir ki, ötən sutka ərzində daha 1025 nəfər COVID-19-a yoluxub, xəstəlikdən 20 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3647 nəfərə çatıb.

Milli.Az