Baş qərargah rəisi Paşinyanın işdən çıxardığı məmura vəzifə verməyə hazırlaşır - KİV

7 Aprel 2021 13:14

Ermənistan ordusunun baş qərargah rəisi Artak Davtyan baş nazir Nikol Paşinyanın dünən işdən çıxarılan müşavirinə vəzifə verməyə hazırlaşır.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə "Armlur" yazıb.

Belə ki, A.Davtyan dünən vəzifəsindən azad edilmiş baş nazir müşaviri Arşak Karapetyanı baş qərargah rəisi müavini təyin etmək istəyir.

Milli.Az