Ukraynada koronavirusdan ölüm hallarında rekord qeydə alınıb

7 Aprel 2021 12:29

Ukraynada son sutka ərzində koronavirus infeksiyasından ölüm hallarında rekord qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, ötən gün Ukraynada 481 nəfər koronavirusun qurbanı olub.

Eyni zamanda, aprelin 6-da ölkədə 15 415 yeni yoluxma qeydə alınıb.

Bu günədək ölkədə 1,8 milyoan yaxın şəxs koronavirusa yoluxub, 35 498 nəfər ölüb.

Milli.Az