DİN-dən özünü "lezva" ilə doğrayan şəxslə bağlı AÇIQLAMA - VİDEO

7 Aprel 2021 11:21

Sosial şəbəkələrdə qan içində olan vətəndaşın görüntüləri yayılıb. Qeyd edilib ki, hadisə Binəqədi rayonunda baş verib.

Milli.Az bildirir ki, sözügedən məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Unikal.org-a açıqlamasında bildirib ki, özünə  xəsarət yetirən vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

"Xaçmaz sakini əsəbi olduğu üçün boğaz nahiyəsindən özünə  lezva ilə xəsarət yetirib. Hazırda həmin şəxsin vəziyyəti  qənaətbəxşdir".

Milli.Az