Gənclərin "Azərbaycan Mədəniyyəti" layihəsi maraqla qarşılanır - VİDEO

7 Aprel 2021 12:04

Şair Bəxtiyar Vahabzadə, tarzən Bəhram Mansurov, ifaçı Zülfü Adıgözəlov, bəstəkar Qara Qarayev, aktrisa Tamilla Rüstəmova və bu kimi yüzlərlə şəxsiyyət, korifey sənətkar və dahilər. Onları unutmamalı, tanımalı, tanıtmalı və hər zaman yad etməliyik. Sosial şəbəkələrdə çox məhşur olan "Azərbaycan Mədəniyyəti" layihəsi də məhz buna xidmət edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, layihəni yaradan, reallaşdıran gənclərdir. Onlar hər gün 4-5 sənətkar haqqında kiçik məlumatlar toplayaraq, müxtəlif sosial şəbəkələrdə həm Azərbaycan, həm də ingilis dilində paylaşımlar edirlər.

17 minə yaxın izləyicisi olan bu layihə üçün  çox sayda könüllü gənc bir araya gəlib. Onlar təkcə paylaşımlar etmir, eyni zamanda müxtəlif məktəb və universitetlərdə maraqlı konsertlər təşkil edirlər.

Xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi gənclərin bu cür təşəbbüsünü çox yüksək qiymətləndirdiyini bildirir. Onun fikrincə, hətta peşəkarlar da bu layihəyə cəlb edilməlidir.

Layihə üzvlərinin ən böyük istəyi isə Azərbaycan mədəniyyətini beynəlxalq tədbirlərdə təbliğ etməkdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az