Yevlaxda evdə yanğın baş verib

7 Aprel 2021 09:49

Yevlaxda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Yevlax şəhərinin Qaraməmmədli kəndində ümumi sahəsi 150 m² olan (hər mərtəbəsi 75 m²) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az