Abşeron rayonunda iki avtomobil toqquşub, xəsarət alan var - VİDEO - FOTO

7 Aprel 2021 10:14

Xırdalanda iki minik avtomobili toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev küçəsində qeydə alınıb.

Rahib Ağayev idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yolun kənarında hərəkətsiz vəziyyətdə  dayanan zaman yüksək sürətlə "Daewoo" markalı nəqliyyat vasitəsi ona çırpılıb.

Qəza nəticəsində "Daewoo"da olan sərnişin xəsarət alıb.

Milli.Az