Bakı sakininə evində 6 bıçaq zərbəsi vurulub

7 Aprel 2021 09:00

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Məlik Aslanov küçəsi, dalan 6 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Nərimanov Elnur Ramiz oğluna naməlum şəxs 6 bıçaq zərbəsi vurub. Yaralı döş qəfəsinin çoxsaylı kəsilmiş deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Fakt Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Milli.Az