Bakıda piyadanı avtomobil vuraraq öldürüb

7 Aprel 2021 08:49

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nobel prospektində qeydə alınıb.

Naməlum kişi prospektdə yolu keçərkən onu minik avtomobili vurub. Piyada hadisə yerində ölüb.

Ölən şəxsin kimliyi araşdırılır.

Milli.Az