Bakıda gecə saatlarında dəhşət: Ölən var

7 Aprel 2021 08:17

Bakının Sabunçu rayonunda qəza nəticəsində bir nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsində baş verib.

"Daewoo" markalı nəqliyyat vasitəsini idarə edən 1986-cı il təvəllüdlü Əliyev Əziməmməd Məzahir oğlu sükana nəzarəti itirib. Avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. 

Sürücü ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ə.Əliyev dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az