Kanada COVID-19-un üçüncü dalğası ilə qarşılaşıb - Trüdo

7 Aprel 2021 07:11

Kanada hazırda üçüncü koronavirusun COVID-19 dalğası ilə üzləşmək məcburiyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Castin Trüdo bildirib.

Baş nazir qeyd edib: "Bütün dünya ölkələri bu pandemiyanın çox ciddi üçüncü dalğası ilə qarşılaşırlar. Və hal-hazırda bu olkə Kanadadır".

C.Trüdo vəziyyəti daha sonra Ontario vilayətinin Baş naziri Daq Ford ilə müzakirə edəcəyini də deyib.

Milli.Az