Çempionlar Liqası: "Mançester Siti" və "Real"dan qələbə

7 Aprel 2021 07:00

İspaniyanın "Real" futbol klubu Çempionlar Liqasının 1/4 finalının ilk oyununda İngiltərənin "Liverpool" komandasını məğlub edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, İspaniya təmçilisinin doğma meydanında keçirilən görüş 3:1 hesabı ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Vinisius (27 və 65-ci dəqiqələr) və Marko Asensio (36) vurublar.

Rəqib komandada yeganə qolu Məhəmməd Salah (51) vurub.

İngiltərənin digər təmsilçisi "Mançester Siti" isə doğma meydanda Dortmund "Borussiya"sı ilə qarşılaşıb. "Şəhərlilər" bu görüşdən çətin qələbə ilə ayrılıblar.
 
UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
6 aprel
 
Real (İspaniya) - Liverpul (İngiltərə) 3:1
Qol: J.Vinisius, 27; 65. Asensio, 36 - Salah, 51.

Real: Kurtua, Mendi, Naço, Militan, Lukas, Modriç, Kazemiro, Kroos, J.Vinisius, Benzema, Asensio.
Liverpul: Alisson, Aleksander-Arnold, O.Kabak, Filips, Robertson, Keyta, Fabinyo, Veynaldum, Salah, Jota, Mane.
 
Mançester Siti (İngiltərə) - Borussiya (Dortmund, Almaniya) 2:1
Qol: De Breyne, 19. Foden, 90 - Roys, 84.
 
Mançester Siti: Ederson, Kanselo, Dias, Stounz, Uolker, İ.Gündoğan, Rodri, Foden, De Bruyne, Mahrez, B.Silva.
Borussiya: Hits, Bauza, Akanji, Hummels, Gerreyro, Bellingem, E.Can, Dahud, Knauff, Haland, Roys.

Milli.Az