Bu planet Yerə bənzəyir - FOTO

27 Yanvar 2012 22:49
Stansiya NASA-ya maraq doğuran görüntülər yollayır.
Milli.Az  "Scientist"ə istinadən bildirir ki, Saturnun təbii peyki Titanın Şimal Qütbünün yaxınlığında kanallar vasitəsilə birləşmiş çoxsaylı gölllər aşkarlanıb.

Göllərdən bəziləri yüz kilometrlərlə uzanır.
Titanın başqa məkanlarında isə səhralar var.
NASA alimlərpinin dediklərinə görə, Titandakı Fensal səhrasındakı qum təpələri Yerdəki Kalahari, Beletdəki təpələr isə Omandakı Rub əl Xali səhrasını xatırladır.

Ümumiyyətlə, Titandakı səhraların ümumi ərazisi milyonlarla kvadrat kilometrdir.

Fəqət, Titanda havanın temperaturu -100 dərəcədən aşağı olduğu üçün bu planetdəki göllərdə su yox, maye karbohidrogenlər, yəni metan və etan qarışığı axır.

Arizona universitetinin professoru Conatan Lunaynın dediyinə görə, Titandakı mayenin 80 faizi etan, 10 faizi metan, 8 faizi isə propandır. Yerdə qalanlar butan, buten və asetilendir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.