İstanbulda vəkil bürosunda ailə üzvləri atəşə tutuldu - 3 ölü, 2 yaralı

6 Aprel 2021 20:44

İstanbulda vəkil bürosuna silahlı hücum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Vəkil bürosuna hücum edən şəxs hadisə yerindən qaçıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisəni törədən  Ahmet Salih Belginer adlı şəxs Yalova vilayətinə qaçsa da, orada tutulub. Belginer öldürdüyü şəxslərin yaxın qohumu olub. 

Milli.Az