Azərbaycanda inflyasiya nə qədər olacaq?

6 Aprel 2021 19:47

2021-ci ildə Azərbaycanda inflyasiya 3,5 faiz səviyyəsində proqnozlaşdırılır.

Milli.Az bildirir ki, Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatına istinadən məlumat verir.

Proqnoza əsasən, 2022-ci ildə bu göstərici 3,2 faiz səviyyəsində olacaq.

Qeyd edək ki, ötən il Azərbaycanda inflyasiya proqnozu 2,7 faiz səviyyəsində müəyyən olunmuşdu.

Milli.Az