Xudatda 8 mindən çox şəxsə peyvənd vurulub

6 Aprel 2021 18:22

Xudat şəhərində bu günə kimi 8 mindən çox şəxsə peyvənd vurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.

Qeyd olunub ki, vaksinasiya prosesi strategiyaya uyğun davam etdirilir: "Hazırda Xudatda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyası aparılır. Yanvar ayının 18-dən bu günə kimi şəhər üzrə 8 mindən çox şəxsə peyvənd vurulub".

Xəstəxanadan bildirilib ki, vaksinasiya olunan şəxslər arasında əks-təsir qeydə alınmayıb.

Milli.Az