Azərbaycanda 4IR texnologiyaları tətbiq ediləcək

6 Aprel 2021 18:04

Azərbaycanda 4IR texnologiyaların tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi və innovativ idarəçiliyin təşviqi ilə əlverişli rəqəmsal ekosistemin yaradılması nəzərdə tutulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, Dünya İqtisadi Forumunun Virtual Qlobal Texnologiya idarəetməsi sammiti çərçivəsində keçirilən Milli Süni İntellekt Strategiyasının yaradılması sessiyasında 4-cü sənaye inqilabının qlobal çağırışları, rəqəmsallaşma və innovasiya ekosisteminin inkişafı müzakirə edildi.

Azərbaycanda 4IR texnologiyaların tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi və innovativ idarəçiliyin təşviqi ilə əlverişli rəqəmsal ekosistemin yaradılması nəzərdə tutulub.

Bu resursların tətbiqi, həmçinin Qarabağa Böyük Qayıdışa mühüm töhfə verəcək.

Milli.Az