Çin vaksinləri nə vaxt təsdiqlənəcək?

6 Aprel 2021 18:02

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Çin vaksinlərinin təsdiqlənməsini aprelin sonlarında müzakirə etməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ÜST-ün nümayəndəsi Marqaret Harris bildirib.

Onun sözlərinə görə, təşkilatın "Sinovac" və "Sinopharm" vaksinlərinin təcili istifadə siyahısına daxil edilməsi məsələsini aprelin sonlarında nəzərdən keçirməsi gözlənilir.

M. Harris qeyd edib ki, məsələ ümid edildiyi kimi sürətlə baş vermir və bu daha çox dataya ehtiyacın olması ilə əlaqədardır.

Milli.Az