Bakıda külək 14 ağacı aşırdı

6 Aprel 2021 17:39

Güclü külək paytaxtın müxtəlif ərazilərində irigövdəli ağacların aşmasına səbəb olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsindən bildiriblər. Qeyd olunub ki, gün ərzində 14 ağacın aşması qeydə alınıb:

"Bu kimi hallar daha çox Sabunçu, Suraxanı və Nərimanov rayonlarında qeydə alınıb. Dərhal hadisə yerinə icra hakimiyyətinin əməkdaşları cəlb olunublar. Ağac və onun qırıntıları hadisə yerindən götürülüb, fəsadlar aradan qaldırılıb".

Milli.Az