Tim Cook Apple şirkətindən ayrılma barəsində danışıb

8 Aprel 2021 23:45

Apple şirkətinin CEO-su Tim Cook öz vəzifəsindən getmək barədə düşünür. Onun sözlərinə əsasən o, şirkəti tərk edə bilər. Lakin bu məsələdə o, dəqiq bir tarix səsləndirməyə hələ hazır deyil. Bu barədə The New York Times xəbər verib. Bir neçə müddət bundan öncə öz müsahibəsində Tim Cook-a onun növbəti 10 il ərzində şirkətə rəhbərlik edib-etməyəcəyi sualı verilmişdi.

"Daha bir 10 il? Çox gümanki yox. Lakin mən deyə bilərəm ki, hal hazırda özümü çox yaxşı hiss edirəm hələ dəqiq tarix səsləndirməyə hazır deyiləm.Buna baxmayaraq 10 il uzun müddətdi və çox güman ki, mənim rəhbərlik dövrüm 10 ildən çox olmayacaq" - deyə Cook bildirib. O həmçinin qeyd edib ki, şirkətdən ayrılandan sonra nə ilə məşğul olacağını bilmir və o hal hazırda öz həyatını şirkətsiz təsəvvür etmir. Qeyd etmək lazımdır ki, Tim Cook 1998-ci ildən Apple şirkətində çalışır. 2011-ci ildə Apple şirkətinin həmtəsisçisi Steve Jobs-un səhhətində problemlər yarandığı üçün o, CEO vəzifəsinə təyin edilmişdi.

Milli.Az