Rusiya müharibəyə hazırlaşır? - Nazir ordunun döyüş hazırlığını yoxladı

6 Aprel 2021 16:43

Rusiya ordunun döyüş hazırlığını yoxlamağa başlayıb.

Milli.Az ria-novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sergey Şoyqu məlumat verib.

Şoyqunun sözlərinə görə, qoşunlar xüsusi taktiki və ikitərəfli təlimlərə başlayıb. O, təlimlərin keyfiyyətli və hərbi eşalon və texnikanın hərəkətində təhlükəsizliyin təmin edilməsini tələb edib. Təlimlər bütün hərbi dairələrin və Şimal Donanmasının ərazisində, Uzaq Şimal, Kuril adaları və Kamçatka bölgələrində baş verib.

Kamran
Milli.Az