İsrail prezidenti Netanyahuya yeni hökumət formalaşdırmağı tapşırdı

6 Aprel 2021 16:35

İsrail prezidenti Reuven Rivlin ölkədə yeni hökumətin formalaşdırılmasını hazırkı baş nazir Benyamin Netanyahuya tapşırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkə prezidenti televiziya ilə müraciətində deyib.

Qeyd edək ki, B.Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası qalib gəlsə də hökuməti formalaşdırmaq üçün kifayət qədər yer qazana bilməyib.

Prezident R.Rivlin parlamentə seçilən 13 partiya rəhbəri ilə keçirdiyi danışıqlardan sonra hökuməti formalaşdırmağı hazırkı baş nazirə tapşırıb.

Milli.Az