Qazaxıstan Prezidenti peyvənd etdirdi

6 Aprel 2021 19:08

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirusa qarşı vaksin vurdurub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Tokayevin vaksinasiyasında Rusiya istehsalı olan "Sputnik V" vaksinindən istifadə olunub.

Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Ualinin sözlərinə görə, vaksin vurulduqdan sonra Tokayevin səhhətində hər hansı dəyişiklik baş verməyib və prezident özünü normal hiss edir.

Milli.Az