Bakıda "Toyota" yandı

6 Aprel 2021 18:18

Bakıda avtomobil yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, "Toyota" markalı minik avtomobilinin salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az