Ruslar dünyada beşinci oldu - Milyarderlərinin sayına görə

6 Aprel 2021 18:48

Rusiyada 117-dən çox milyarder var.

Milli.Az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. "Forbes"in məlumatına görə, hazırda dünyada 117 rusiyalı dollar milyarder var. Bu göstəriciyə görə, Rusiya dünyada ABŞ (724), Çin (Hong Kong və Makaodan olan varlılar da daxil olmaqla 698), Hindistan (140) və Almaniyadan (136) sonra beşinci yerdədir.

Ruslardan qlobal sıralamada ən yüksək, 51-ci yeri 29.1 milyard dollar sərvəti ilə SeverJ PJSC-nin idarə heyətinin sədri Aleksey Mordaşov, 55-ci sırada Interros holdinqinin prezidenti və 27 milyard dollarla Norilsk Nikelinin ən böyük səhmdarı Vladimir Potanin durur. Reytinqdəki Rusiyanın ən zəngin təmsilçilərinin ilk üçlüyünü 26,2 milyard dolları olan NLMK rəhbəri Vladimir Lisin bağlayır.

Kamran
Milli.Az