İƏT-in bütün üzv dövlətləri Azərbaycanı dəstəkləyir - Baş katibin müavini

6 Aprel 2021 14:21

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın öz ərazilərini azad etmək hüququnu dəstəkləyib.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında İƏT-in baş katibinin müavini Əhməd Kaseva Sengendo deyib.

Ə.K.Sengendo bildirib ki, İƏT-in bütün üzv dövlətləri Azərbaycanı dəstəkləyir: "İƏT bu məsələdə qəti mövqeyini nümayiş etdirib".

Milli.Az