Olimpiya Oyunlarında iştirakdan imtina etdilər

6 Aprel 2021 16:24

Şimali Koreya Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakdan imtina edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda "The Guardian"a ölkə Olimpiya Komitəsindəki mənbə bildirib. Bu qərar martın 25-də Pxenyanda keçirilən iclasda qəbul olunub. İmtina qərarına səbəb kimi idmançıların COVİD-19 virusundan qorumaq göstərilib.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2021-ci ilin 23 iyul - 8 avqustunda keçirilməlidir.

Milli.Az