Ödəmə terminalları yeni pulları hələ də qəbul etmir - VİDEO

6 Aprel 2021 12:04

Azərbaycanda yeni pul əsginaslarının dövriyyəyə buraxılmasından artıq xeyli vaxt keçməsinə baxmayaraq, ödəmə terminalları həmin pulları hələ də qəbul etmir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu da terminallardan istifadə edən vətəndaşların narahatlığına və narazılığına səbəb olur, ödəmələrin gecikməsi ilə nəticələnir. Onlar məcburi şəkildə yeni əsginasları köhnələri ilə dəyişməli olur.

Məsələ artıq bu günə kimi bir neçə dəfə mətbuatda işıqlandırılıb. Cavabdeh şirkətlər ödəniş terminallarının yaxın zamanda yeni əsginaslara uyğunlaşdırılacağını desələr də, problem hələ də qalmaqdadır.

Xatırladaq ki, hazırda istifadə edilən yeni 10 və 200 manatlıqlar dövriyyəyə buraxılanda da eyni problemlər baş vermişdi.

Qeyd edək ki, Mərkəzi Bank yanvar ayında Azərbaycanda 1, 5 və 50 manatlıq yeni əsginaslar dövriyyəyə buraxıb.

Milli.Az