İƏT nümayəndələri Ağdamda səfərdədirlər - FOTO

6 Aprel 2021 12:07

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə Ağdam rayonu və Gəncə şəhərinə səfəri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri Ağdamdadırlar.

Nümayəndə heyəti səfər çərçivəsində Ağdam cümə məscidinə, Ağdam şəhər məzarlığına, imarətə və Ağdam şəhər rayonlar arası avtovağzalına baxış keçirməsi planlaşdırılır.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

Milli.Az