Şəki sakinindən odlu silah götürülüb

6 Aprel 2021 14:24

Şəki sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Şəki rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Abdulkərimovanın yaşadığı Aşağı Göynük kəndindəki evinə baxış zamanı oradan "İJ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Milli.Az