Qiyamçı şahzadə: Krala sadiqəm

6 Aprel 2021 14:34

İordaniyanın keçmiş vəliəhdi Həmzə bin Hüseyn ölkə kralına sadiq olduğunu açıqlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Röyters" agentliyi yayıb.

"Mən özümü əlahəzrət kralın əlinə verirəm. Mən İordaniya Haşimi Krallığının konstitusiyasına sadiqəm və həmişə ona kömək edəcəyəm, əlahəzrət kralı, onun vəliəhdini dəstəkləyəcəyəm", - deyə o bildirib.

Agentlik şahzadənin bu açıqlamanı İordaniya kralının əmisi şahzadə Həsən bin Təlal və digər ailə üzvləriylə görüşdükdən sonra verdiyini söyləyib.

Qeyd edək ki, Həmzə bin Hüseyn bundan öncə dövlət çevrilişinə cəhddə ittiham olunaraq nəzarətə alınmışdı.

Milli.Az