Bakıda külək qarajın damını aşırıb, işıq və kanalizasiya xətlərinə ziyan dəyib - FOTO

6 Aprel 2021 11:45

Bakıda güclü külək qarajın damını aşırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Güclü külək nəticəsində yük avtomobilləri üçün nəzərdə tutulan qarajın damı avtomobil yolunun üzərinə düşüb və hərəkəti bağlayıb. Ətrafda olan agacın budaqları da sınıb, işıq dirəyi aşıb və kanalizasiya borularına ziyan dəyib.

Uçmuş damı və ağacın budaqlarını ərazidən götürmək, yolu açmaq üçün texnika cəlb olunub.

Milli.Az