Gədəbəydə əyyaş kişi xəstəxanada İNTİHAR ETDİ

6 Aprel 2021 11:41

Gədəbəydə intihar hadisəsi baş verib.

Milli.Az bildirir ki, rayonun Əmiraslanlı kənd sakini, 50 yaşlı Elbrus Səfərov Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının həyətində özünü asaraq intihar edib.

Onun əyyaş olduğu bildirilib.

Faktı Gədəbəy RPŞ-dən Unikal.org-a təsdiqləyiblər. Məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az