Əməliyyatdan sonra ilk dəfə danışdı

6 Aprel 2021 13:44

Ötən gün türk pop musiqisinin sevilən ifaçısı Ajda Pekkan əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, dizlərinə yığılan kirəcdən yeriməkdə çətinlik çəkərək, bıçaq altın yatmağa məcbur olan ifaçı əməliyyatdan sonra ilk dəfə açıqlama verib. Ajda hazırda səhhətinin yaxşı olıduğunu bildirib:

"Dizimdən əməliyyat olundum, amma şişirdiləcək bir şey yoxdur, sadə bir diz əməliyyatı idi. Hazırda yaxşıyam. Uzun müddətdir bununla bağlı problemim var idi. İstədim pandemiya bitsin sonra etdirim. Lakin elə alındı ki indi əməliyyat olundum. Konsertlər səbəbilə vaxt tapa bilmədim. Əvvəl bir az qorxdum, çünki 2,5-3 ay istirahət müddəti tələb olunur. Özümü müalicə prosesinə tez uyğunlaşdırdım. İndi səhnədə belə rahat olacağam."

Milli.Az