Ermənistanda böyük yanğın baş verdi

6 Aprel 2021 13:19

Ermənistanda böyük yanğın hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, İrəvanda yerləşən "Surmalu" alış-veriş mərkəzi yanıb. Bildirilib ki, yanğının qarşısının alınması üçün tədbirlər görülüb.

Qeyd edilib ki, Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan və Xilasetmə Xidmətinin rəhbəri Armen Qasparyan hadisə yerinə gəlib.

Milli.Az