Türkiyə ordusu Suriyanın şimalında daha 9 PKK terrorçusunu zərərsizləşdirib.
Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilib ki, Suriyanın şimalında, "Barış Pınarı" əməliyyatının keçirildiyi bölgədə sızma və təxribat törətmə cəhdlərinə çalışan 9 terrorçusu zərərsizləşdirilib.
Terrorçular PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşmasının üzvü olublar.
Milli.Az