Gürcüstanda daha 897 nəfər COVID-19-a yoluxdu

6 Aprel 2021 17:43

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 897 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 284 958, ölənlərin sayı isə 3 832 nəfərə çatıb. Virusa yoluxanlardan 275 220 nəfərin sağaldığı bildirilir.

Milli.Az