Ötən gün ölkə ərazisində 40-dan çox yanğın olub, 1 nəfər ölüb

6 Aprel 2021 12:29

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 5 nəfər xilas edilib, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az