Yaponiyanın baş naziri vaksin olundu

6 Aprel 2021 11:39

Yaponiyanın baş naziri Suqa Yoşihide koronavirusa qarşı vaksin vurdurub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, baş nazir bu dəfə ikinci doza vaksin olunub.

Bildirilib ki, vaksin olunduqdan sonra səhhətində hər hansı dəyişiklik baş verməyib və özünü normal hiss edir.

Qeyd edək ki, S.Yoşihide 16 apreldə ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Milli.Az