Gədəbəy - Tovuz rayonları üzrə 58 aztəminatlı ailəyə yardım göstərilib

6 Aprel 2021 11:19

104 saylı Gədəbəy - Tovuz seçki dairəsi üzrə müraciət edən 58 aztəminatlı ailəyə maddi yardım göstərilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yardım Milli Məclisin deputatı Arzu Nağıyevin təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə həyata keçirilib.

Yardım göstərilən şəxlərin əksəriyyəti qazi ailələridir.

Yardım olunan şəxslər Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevə və əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirib.

Milli.Az