Azərbaycanda vəzifəli şəxs koronavirusa yoluxub - FOTO

6 Aprel 2021 10:59

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Aztelekom" MMC-nin baş direktoru Suat Paşayev koronavirusa yoluxub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki,  ötən həftə verdiyi PCR testinin nəticəsi "müsbət" çıxmış S.Paşayev hazırda xəstəxanalardan birində müalicə alır.

Xatırladaq ki, S.Paşayev 2016-cı ilin dekabrından sözügedən dövlət şirkətinə rəhbərlik edir.

Milli.Az