"Barselona"dan vacib qələbə - VİDEO

6 Aprel 2021 09:09

İspaniya La Liqasında 29-cu turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün "Barselona" öz meydanında "Valyadolid"lə qarşılaşıb. Kataloniya klubu bu görüşdə çətin qələbə qazanıb - 1:0.

Bu nəticədən sonra xallarını 65-ə çatdıran "Barsa" "Real"ı qabaqlayaraq 2-ci pilləyə yüksəlib. "Real"ın 64, lider "Atletiko"nun isə 66 xalı var.  

"Barselona" - "Valyadolid" - 1:0
Qol: Dembele, 90

Milli.Az