İsraildə koronavirusa yoluxanların sayı 834,5 min nəfəri ötüb

6 Aprel 2021 08:12

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 353 nəfər yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 834 563 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 823 280 nəfəri sağalıb, 6 245 nəfəri isə vəfat edib.

Milli.Az