Serbiya prezidenti "Sinopharm" vaksini ilə peyvənd olunacaq

6 Aprel 2021 09:00

Serbiya prezidenti Aleksandr Vuçiç koronavirusa qarşı Çinin "Sinopharm" vaksini ilə peyvənd olunacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu A.Vuçiç "TV Pink" telekanalının efirində deyib.

Serbiya prezidenti bildirib: "Mən sabah peyvənd olunacağam, bu, "Sinopharm" vaksini olacaq".

Qeyd edək ki, vaksinasiya A.Vuçiçin Rudna-Qlava qəsəbəsinə səfəri zamanı baş tutacaq. Səfər proqramında prezidentin yerli sakinlər ilə söhbəti, vaksinasiyası, həmçinin mətbuata açıqlaması nəzərdə tutulub.

Milli.Az