O da “Çukur”la vidalaşdı

6 Aprel 2021 08:28

Show TV-də yayımlanan məşhur "Çukur" serialında növbəti ayrılıq yaşanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Celasun obrazını canlandıran aktyor Kubilay Aka ekran işindən ayrılıb.

O, ssenariyə uyğun olaraq serialda öldürülüb və tamaşaçılarla vidalaşıb. Bu barədə "Çukur"un rəsmi sosial şəbəkə hesabında da məlumat verilib.

Qeyd edək ki, reytinqli layihədə Aras Bulut İynemli, Erkan Kolçak Köstendil, Necip Memili, Rıza Kocaoğlu və Perihan Savaş kimi populyar simalar yer alıb.

Milli.Az