Bakıda piyadanı yük avtomobili vurub

6 Aprel 2021 08:53

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.

1992-ci il təvəllüdlü Əliyeva Leyla Aqil qızı yolu keçərkən onu yük avtomobili vurub. Yaralı komatoz vəziyyətində Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az