KXDR Tokio Olimpiadasında iştirak etməyəcək

6 Aprel 2021 07:51

Koreya Xalq Demokratik Respublikası (KXDR) bu il Tokioda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə qərar KXDR-nin Milli Olimpiya Komitəsinin martın 25-i Pxenyanda keçirilən iclasında qəbul edilib.

Bildirilir ki, KXDR idmançılarını koronavirusa yoluxmadan qorumaq üçün Olimpiya Oyunlarında iştirakdan imtina edib.

Milli.Az